Burada istədiyiniz bölməni seçə bilərsiniz
az

Xəbərlər

Sosial evlər almaq üçün qaydalar müəyyənləşdi

Sosial evlər almaq üçün qaydalar müəyyənləşdi

05.05.2017

Sosial mənzil almaq istəyənlər üçün elektron müraciətlərə start verilir.

Fins.az xəbər verir ki, xüsusi kateqoriyadan olan şəxslər “Elektron hökumət” portalında yaradılan “Güzəştli Mənzil” sisteminə daxil olaraq qeydiyyatdan keçməlidirlər.
Bu zaman onlar üçün elektron kabinet yaradılacaq. Burada bütün şəxsi məlumatlar toplanacaq və həmin şəxsə mənzil satılıb-satılmayacağı bəyan ediləcək. Əgər həmin şəxs mənzil almaq hüququ qazanarsa, ona mənzillər və onların ödəniş qaydaları təqdim ediləcək. Vətəndaşlar almaq istədikləri mənzili elektron qaydada çəxsi kabinetdən seçərək qeydiyyata aldıracaq. 
Qeyd edək ki, ilkin olaraq Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamalda inşa etdiyi yaşayış kompleksindəki mənzillər satışa çıxarılacaq. Mənzillərin ipoteka ilə alınması üçün aylıq ödəniş isə 300 manatdan çox olmayacaq. Bu qiymət üçotaqlı mənzillərin aylıq ödənişi üçün nəzərdə tutulub. Birotaqlı mənzillər üçün isə aylıq ödəniş 130-150 manatdan baha olmayacaq. 
 

Mənbə Fins.az

Bütün xəbərlər