Burada istədiyiniz bölməni seçə bilərsiniz
az

Xəbərlər

Houzboom - daşınmaz əmlak agenti karyerasını qurmaq istəyənlər üçün əla imkan yaradır!

Houzboom - daşınmaz əmlak agenti karyerasını qurmaq istəyənlər üçün əla imkan yaradır!

26.05.2017

Daşınmaz əmlak sahəsində aparıcı mütəxəssis tərəfindən, seminar keçiriləcək.

Gündəlik həyatımızda bütün sahələrdə xidmət keyfiyyəti hər gün inkişaf edir və professionalların sayı durmadan artır. Buna görə də həyatımıza təsir edən  hüquqi, tibbi, məişət  və ya digər hər hansı bir məsələdə problemi  birdəfəlik və uğurla həll edə biləcək mütəxəssis axtarırıq.

Daşınmaz əmlakın  satışı,  kirayəyə verilməsi,  alınması və ya kirayələnməsi də həyatımıza maddi yöndən təsir etdiyi  üçün  doğru qərar verməyimizi tələb edən, çətin və xəta qəbul etməyən bir prosesdir. Ən doğru qərarı verərək ən qısa müddətdə, özümüz üçün  ən sərfəli  olacaq nəticəni əldə etməyə çalışırıq. Bu səbəbdən, digər həyatı əhəmiyyətli sahələr kimi,  daşınmaz əmlakda mütəxəssislə işləməyi  tələb edir.

Təəssüf ki, ölkəmizdə  daşınmaz əmlak alanda və ya satanda göstərilən xidmət səviyyəsi də, bir çox hallarda  indiki zaman tələblərinə uyğun gəlmir və bu da, bu sahədə professional xidmət edə biləcək daşınmaz əmlak agentlərinin və ya professional rieltorların yetişməsini zəruri edir.

Məhz bu məqsədlə, Houzboom-un dəstəyi ilə, 30 may - 7 İyun tarixlərində, Colab-da daşınmaz əmlak sahəsində aparıcı mütəxəssis tərəfindən, seminar keçiriləcək.

Seminarda:
Rieltor kimdir?
Professional  rieltor hansı xüsusiyyətlərə sahib olmalıdır?
Bazar araşdırması və təhlili necə aparılmalı?
Rieltor haqqında mənfi düşüncə haradan qaynaqlanır? və s. kimi mövzular müzakirə ediləcək.


Qeyd: Seminarda bu sahədə yeni olan agentlər, eyni zamanda təcrübəli agent və rieltorlar iştirak edə bilər. Seminar ödənişsizdir.

Əlaqə üçün: +994 55 240 77 22

Bütün xəbərlər