az

Xəbərlər

Gənc ailələr üçün ucuz mənzil hədəfləri

Gənc ailələr üçün ucuz mənzil hədəfləri

13.12.2016

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin  fərmanı ilə iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri təsdiq edilib. 

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin  fərmanı ilə iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri təsdiq edilib. Fins.az xəbər verir ki, onlardan biri Azərbaycanda uyğun qiymətə mənzil təminatının inkişafına dair strateji yol xəritəsidir.

Sənədə əsasən, 2020-ci ilədək strateji baxışda ölkədə mənzil ehtiyacının ödənilməsi planlaşdırılır. Bunun üçün yaşayış binalarının və müvafiq sosial infrastrukturun (məktəb, xəstəxana və s.) tikintisində Mənzil İnşaatı Dövlət Agentliyin (MİDA) mövqeyinin gücləndirilməsi vacibdir. 

2025-ci ilə kimi və həmin ildən sonrakı dövrdə az və orta təminatlı gənc ailələr mənzillə təmin ediləcək. Bundan başqa, Agentliyin dəstəyilə mövcud mənzil fonduna, mənzillərin yaşına və keyfiyyətinə nəzarət ediləcək və müvafiq yeni layihələrin işlənərək hazırlanacaq.    

Rayonlar üzrə planlaşdırmanın həyata keçirilməsi, özbaşına tikililərin abadlaşdırılması, yeni rayonların salınması və mövcud mənzil fondunun yenilənməsi üçün şəhərlərin əsaslı şəkildə yenidən qurulması planı hazırlanacaq. Həmin planl da  “MİDA” MMC həyata keçirəcək. Belə yenidənqurma planına qanunsuz tikililərin yerləşdiyi məhəllələr, o cümlədən Sovet dövründən qalmış yaşayış binaları daxil ediləcək.  

Şəhərlərin əsaslı şəkildə yenidən qurulması zamanı aşağıdakı əsas istiqamətlər diqqətə alınacaq:

-  mövcud kommunal xidmət sistemlərindən istifadə imkanlarının artırılması

-  psixoloji rahatlığın təmin edilməsi

- inkişaf etmiş rayonlarda cinayət hallarının sayının azadılması yolu ilə sağlam cəmiyyətin yaradılması. 

Rayonların tikinti planlarında ictimai binaların, məsələn məktəblərin, xəstəxanaların, nəzarət məntəqələrinin, stadionların və s. tikintisi də nəzərdə tutlacaq. Bütün bu tikinti işlərinə və müqavilələrin bağlanmasına Agentlik nəzarət edəcək.

Vətəndaşların ucuz mənzillərlə təmin edilməsi üçün prioritetlər də müəyyən edilib. 

1. Mənzil İnşaatı Dövlət Agentliyinin təşkilati strukturunun, vəzifələrinin və dəstək sahələrinin müəyyən edilməsi
Uygun qiymətə mənzil təminatı ilə bağlı hədəflərin və dövlət dəstəyi mexanizmlərinin müəyyən edilməsi
Torpağın təyinatının müəyyən edilməsi və mülkiyyət hüququnun “MİDA” MMC-yə ötürülməsi   
Dövlət mənzil  fondunun benefisiarlarını n müəyyən edilməsi
Yerli və beynəlxalq özəl sektor iştirakçıları ilə əməkdaşlığın qurulması
İpoteka bazarının effektivliyinin təmin edilməsi

Azərbaycanda hər sakinə düşən orta yaşayış sahəsi son 15 ildə tədricən 9.6 kvadrat metrdən 11.9 kvadrat metrə kimi artıb və bu artım 2012 - ci ildən etibarən sabit qalıb. Bundan başqa bir-birilə əlaqə təşkil edən üç göstərici - şəxsi mülkiyyətə sahiblik payı, urbanizasiya və hər sakinə düşən yaşayış sahəsi sabit qalıb. 

İllər

2000

2006

2012

2013

2014

2015

2016

Ümumi sahə, milyon m²

112.4

139

162.2

164.1

166.4

168.9

171.3

Dövlət əmlakı

11%

7%

6%

6%

6%

6%

5.5%

Qeyri-dövlət əmlakı

89%

93%

94%

94%

94%

94%

94.5%

Şəhər və kənd yerlərində mənzil təminatının qarşılıqlı nisbəti %

50%

52%

53%

53%

53%

53%

53%

Hər sakinə düşən orta yaşayış sahəsi

9.3m²

11m²

11.9m²

11.9m²

12m²

12m²

12m2

Bəzi rayonların əhalisi digərlərinə nisbətən sürətlə artır. 2009-2015 - ci illərdə Azərbaycanın bir sıra rayonlarının, o cümlədən Bakı şəhərinin, Mərkəzi Aran, Dağlıq Şirvan, Şəki-Zaqatala, Quba-Xaçmaz və Yuxarı Qarabağ rayonlarının əhalisi artaraq yaşayış sahəsindəki artımı üstələyib. Bakı və Abşeron yarımadasında əhalinin real artımı istehsal işçilərinin kənd yerlərindən şəhərlərə axınına görə hətta rəsmi göstəriciləri də üstələyir.  

Azərbaycanda gənc ailələrin ehtiyaclarına uyğun olaraq hər il təxminən 30,000 yeni mənzil satılır. Bundan sonra isə Agentlik  hər il daşınmaz əmlak bazarının  10 faizini güzəştli qiymətlərlə satılmasını təmin edəcək.

Digər məlumata əsasən, 2015-ci ildə 16200 mənzil istifadəyə verilib. Bu o deməkdir ki, illik tələbatın 30 min mənzil olduğu halda 10 mindən artıq mənzilə olan tələbat ödənilməyib. Agentlik öz təşəbbüslərini nəzərdən keçirərkən və müəyyən edərkən bu faktı nəzərə alacaq.  

Mənzil bölgüsü necə aparılacaq?

Dünya ölkələrində mənzil bölgüsü müxtəlif, o cümlədən püşkatma, “erkən gələnə erkən xidmət” prinsipi, ehtiyaca əsaslanan bölgü, agentliyin seçiminə əsaslanan bölgü və bazaryönümlü seçim modellərdən istifadə edilməklə həyata keçirilir. Agentliyin təhlillərinə görə, Azərbaycan “erkən gələnə erkən xidmət” prinsipi seçilib. Mənzillər elektron sistem vasitəsilə bölünəcək. 

Qeyd edək ki, strateji yol xəritəsində əhalisi sıx olan və adambaşına düşən yaşayış sahəsi kiçik ərazilər ucuz mənzillərlə təminatında prioritet sahələr kimi müəyyən edilib. Bu meyarlara  Abşeron rayonu, Bakı, Gəncə və Sumqayıt şəhərləri daha çox uyğun gəlir. Çünki həmin ərazilərdə adambaşına düşən yaşayış sahəsi daha çoxdur. Ona görə də həmin regionlarda mənzil tikmək üçün sahələr ayırmaq daha əlverişli olacaq. 

(Əhalisi sıx olan şəhərlər  

Əhalinin sayı
(min nəfər)

2015-ci il

Adambaşına düşən yaşayış sahəsi (m²) 2015-ci il

Orta aylıq

əməkhaqqı

(2015-ci il)

Bakı

2 225,8

11,6

666,8

Abşeron

168,7

14,5

336,0

Sumqayıt

336,2

9,3

378,5

Gəncə

330,1

11,8

321,0

Şəmkir

72,7

16,5

292,1

Şəki

67,3

11,8

255,6

Lənkəran

87,2

14,2

267,2

Masallı

49,7

9,3

284,3

Xaçmaz

66,6

13,1

312,3

Yevlax

68,0

12,1

266,0

Şamaxı

47,6

15,7

272,8

Naxçıvan

80,9

20,8

424,6

Mənzil tikintisinin artması tikinti materialları bazarının  genişlənməsinə və inkişafına  müsbət təsir edəcək.

İnşaata kim və necə pul ayıracaq? 

Strateji yol xəritəsində qoyulan hədəflərə nail olmaq üçün 900 milyon manat investisiya tələb olunur. Onların  icrası aşağıdakı mənbələr hesabına maliyyələşdiriləcək:

dövlət büdcəsi
büdcədənkənar fondlar
Sahibkarlığa Kömək Milli Fondunun və digər dövlət kredit və investisiya təşkilatlarının vəsaiti
yerli büdcələr
mülkiyyət formasından asılı olmayaraq yerli idarə, müəssisə və təşkilatların vəsaitləri;
xarici investisiyalar
ölkə bank sisteminin kreditləri
qiymətli kağızlar
beynəlxalq təşkilatların və xarici dövlətlərin kreditləri, qrantları, texniki yardımı;
ipoteka fondunun vəsaitləri
vətəndaşların ödədikləri vəsaitlər
qanunvericiliklə qadağan olunmayan digər mənbələr.

Maliyyə vəsaitlərinin müəyyən edilmiş prioritet hədəflər üçün ən səmərəli şəkildə sərf olunmasını təmin etmək məqsədi ilə büdcələr nəticələrə əsaslanan büdcə tərtibatı prosesi çərçivəsində işlənib hazırlanacaq. Tələb olunan maliyyə vəsaitlərinin böyük hissəsi mövcud büdcələrin restrukturizasiyası, özəl sektorun və müxtəlif investorların birgə maliyyələşdirmə səyləri ilə təmin ediləcəkdir.  

Mənbə: Fins.az

Bütün xəbərlər