Burada istədiyiniz bölməni seçə bilərsiniz
az

Xəbərlər

Dünyanın ən bahalı evi bu ölkədə satılır – QİYMƏT

Dünyanın ən bahalı evi bu ölkədə satılır – QİYMƏT

05.05.2017

Monakoda dünyanın ən bahalı daşınmaz əmlakı satılır.

Fins.az "Savvills" şirkətinin hesabatına istinadən xəbər verir ki, 2016-ci ildə knyazlığda evlərin qiyməti rekord həddə çatıb – 1 kvadrat metr üçün 41.4 min avro.
Son 10 il ərzində bu ölkədə yerli mənzillərin qiyməti 180% artıb. Belə bir bahalaşma - inkişaf etmiş iqtisadiyyatlar üçün nonsensdır.
Analitiklərin sözlərinə görə, Monakoda yeni tikililərdə mənzillərin orta qiyməti 13,7 milyon avro təşkil edir. Təkrar bazarda isə evlər bu məbləğdən təxminən üç dəfə ucuzdur. 
"Savvills" şirkətinin hesabatına görə, ən bahalı evlər bu şəhərlərdədir:
Hon Konq - 1 m² üçün orta hesabla 39.1 min avro,
Tokio - 1 m² üçün orta hesabla 29.2 min avro
London - 1 m² üçün 17.7 min avro,
Nyu-York - 1 m² üçün 16.7 min avro.
2016-cı ilin payızında Monakoda knyazlığın ən uzun göydələnində -  "Tower Odeon» kompleksində yerləşən penthaus satışa çıxarılmışdı. Göydələnin 5 mərtəbəsini tutan mənzil 335 milyon dollara qiymətləndirildi. Bu isə beynəlxalq daşınmaz əmlak bazarı üçün rekorddur.
 

Bütün xəbərlər