Burada istədiyiniz bölməni seçə bilərsiniz
az

Xəbərlər

Daşınmaz Əmlak Agentləri üçün növbəti təlim!

Daşınmaz Əmlak Agentləri üçün növbəti təlim!

26.06.2017

Houzboomdan növbəti imkan! “Rieltor karyerası” adlı təlim keçiriləcək

Houzboom.az Rieltorlar Portalı tərəfindən “Rieltor karyerası” adlı təlim keçiriləcək. Bu təlimdə peşəkar Rieltor karyerasına başlarkən mərhələli olaraq öyrənilməli və tətbiq edilməli olan proseslər barəsində danışılacaq.

Təlimdə əhatə olunacaq mövzular:

  • Rieltor karyerasının esasları.
  • Karyera inkişafı üçün nələr tələb olunur?
  • Satıcı ilə çalışmaq üçün hansı bacarıqlar lazımdır?
  • Portfelin təqdimatı necə olmalıdır?
  • Alıcı ilə çalışmaq üçün hansı bacarıqlar tələb olunur?

Təlim yeni fəaliyyətə başlayan agent və artıq bu sahədə müəyyən təcrübəsi olan Rieltorlar üçün təqdim olunur. Bu təlimdə iştirak edən hər bir kəs peşəkar olaraq Rieltor peşəsinin əsasları barədə nəzəri və praktiki biliklər alacaq. Peşəkar fəaliyyətinin prinsiplərini daha dəqiq öyrənərək mövcud bazar şəraitində rəqabətə davamlı və müştəri inamına əsaslanan karyera qurmaq imkanını əldə etmiş olacaq.

Təlim 5 gün davam edəcək və bu sahədə fəaliyyət göstərən peşəkar mütəxəssis tərəfindən keçiriləcək və sonda iştirakçılara müvafiq sertifikatlar təqdim olunacaq.

Təlim ödənişlidir, ətraflı məlumat üçün əlaqə nömrəsi: +995 55 240 7722

Bütün xəbərlər