Burada istədiyiniz bölməni seçə bilərsiniz
az

Xəbərlər

Azərbaycanlılar hansı ölkələrdən ev alır? – AÇIQLAMA

Azərbaycanlılar hansı ölkələrdən ev alır? – AÇIQLAMA

21.05.2017

Son dövrdə Azərbaycanda xaricdə daşınmaz əmlaka maraq artıb.


 Bunu Fins.az-a müsahibəsində “Houzboom” şirkətinin rəhbəri Xəqan Qulamov deyib.
Onun sözlərinə görə, yerli vətəndaşların xaricdə daşınmaz əmlaka maraq göstərməsinin əsas səbəblərdən biri manatın ucuzlaşmasıdır. Belə ki, insanlar xaricdə daşınmaz əmlaka daha çox yatırım imkanı kimi baxırlar. Bəziləri isə turizm imkanlarına görə maraq göstərirlər. Çexiya, Estoniya kimi Avropa ölkələrinə daha çox kommersiya məqsədilə daşınmaz əmlak almağa maraq göstərirlər. Belə ki, daşınmaz əmlaka sahib olub onu kirayə verməklə gəlir əldə edirlər.
İspaniya və Türkiyədə isə turistik zonalardan ev almaq istəyənlər daha çoxdur: “Məsələn, kimsə İspaniyada dəniz kənarında istirahət edir, məkan xoşuna gəlir. Qayıdandan sonra həmin ərazidə olan daşınmaz əmlaklarla maraqlanır”.
    X.Qulamov deyib ki, “Houzboom” əmlak platformasında Avropa ilə yanaşı, Asiya və Amerika ölkələrindən də elanların yerləşdirilməsi planlaşdırılır. Sadəcə burada bəzi məqamlar nəzərə alınmalıdır: “Məsələn, Azərbaycan vətəndaşı bu ölkədə əmlak ala bilərmi, yoxsa yox? Bu məqamları dəqiqləşdirəndən sonra həmin ölkə ilə bağlı əmlak elanlarının yerləşdirilməsinə başlayacağıq”.
 

Bütün xəbərlər