Burada istədiyiniz bölməni seçə bilərsiniz
az

Xəbərlər

100 kv. metrlik mağaza 15 min manata – HƏRRACA ÇIXARILDI

100 kv. metrlik mağaza 15 min manata – HƏRRACA ÇIXARILDI

14.12.2016

Xəbər verdiyimiz kimi, Əmlak Məsələləri Dövlət Komitəsi 2017-ci il yanvarın 10-da yeni ilin ilk əmlak hərracını keçirəcək.

Xəbər verdiyimiz kimi, Əmlak Məsələləri Dövlət Komitəsi 2017-ci il yanvarın 10-da yeni ilin ilk əmlak hərracını keçirəcək. Həmin gün  ümumilikdə 88 dövlət əmlakı satışa çıxarılacaq. Onlardan 20-si səhmdar cəmiyyəti, 56-sı kiçik dövlət müəssisəsi, 12-si isə nəqliyyat vasitəsidir.

Hərraca çıxarılacaq kiçik dövlət obyektlərindən biri də Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi 31E ünvanındakı 48 saylı mağazadır. Obyektin yerləşdiyi torpq sahəsi ilə birgə ilkin satış qiyməti 15 min manat müəyyən edilib. Hərracda iştirak etmək istəyən şəxslər onun  dəyərinin 10%-i məbləğində beh ödəməlidirlər.

Magazanın ümumi torpaq sahəsi 100.7 kv.metrdir  və hamısı özəlləşdiriləcək. Tikilinin ümumi faydalı sahəsi isə 92.8 kv.metrdir.  1 mərtəbəli ayrı tikilinin işçiləri və debitor borcu yoxdur. Cəmi  369 manat kreditor borcu qalıb.

Hərraclarda iştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır:

1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN).

2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş formada sifariş.

3. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.

Qeyd edək ki, hərraclar respublikanın şəhər və rayonlarında müvafiq yerli hərrac komissiyaları tərəfindən keçiriləcəkdir.

Bakı şəhəri üzrə:
Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində
ünvan:( AZ1029, Bakı şəhəri, Heydər Əliyev prospekti, 139A)

Mənbə: Fins.az

Bütün xəbərlər